Bakı.Samir Əli - Trend:
Bu ilin 6 ayı ərzində Azərbaycanda 6 min 300 ailə boşanıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd olunub.
Məlumatda bildirilir ki, 2016-cı ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 29,8 min nikah və 6,3 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.
Qeyd edək ki, 2015-ci ilin 6 ayı ərzində Azərbaycanda 38 min 600 nikah bağlanıb, 6 min 400 ailə isə boşanıb.