...

Baku Street Festivalı - yazın ən rəngarəng festivalı keçirildi (FOTO)

Cəmiyyət Materials 22 May 2017 14:42 (UTC +04:00)
Yazın ən rəngarəng festivalı bakılıların və xarici qonaqların böyük marağına səbəb olub.
Baku Street Festivalı - yazın ən rəngarəng festivalı keçirildi (FOTO)

Bakı. Trend:

Yazın ən rəngarəng festivalı bakılıların və xarici qonaqların böyük marağına səbəb olub. İçərişəhər Qoşa Qala meydançası öz qapılarını 20-dən çox restoranlara və bütün dünyadan unikal reseptləri olan mətbəxlərə: Azərbaycan, ərəb, meksikan, ispan, türk və digərlərinə açıb.

Bütün bunların hamısı ayaqüstü formatında çox ucuz qiymətə olub. Hər kəs öz zövqünə və istəyinə görə seçim edə bilərdi. Meydançanın mərkəzində xüsusilə festival üçün böyük qazon döşənib – hər kəs üçün böyük piknik! Qonaqlar üçün böyük ispan paellası düzəldilib, qara dondurma verilib, DJ`lər əsl musiqi savaşı yaradıb və aşpazlar master klasslar təşkil ediblər. Bir sözlə, unikal yeməklər, konkurslar və hərarətli musiqi ilə əsl mətbəx oazisi təşkil edilib.

Festival səhər saat 11-dən axşam 11-ə qədər olub və giriş pulsuz idi. Hər kəs, kim ki özü üçün yenilik kəşf etmək istəmişdilər və İçərişəhərdə yemək oazisində unudulmaz bazar günü keçirmək istəmişdi – Baku Street Festivalı onlara öz qapılarını açmişdi.

Bu festivalın ilk sezonu idi, haradaki hər bir sahibkar öz restoranlarının ayaqüstü rejimində olan konseptlərini yoxlaya bildilər və təşkilatlarını daha necə inkişaf etdirə biləcəklərini başa düşdülər. Biz beynəlmiləl qonaqları və iştirakçıları gözlədiyimiz kimi tədbir də hər il keçirilməyi vəd edir. Buna görə də festivalımız inkişaf etdiriləcək və publikanı yeni ideya və yeməklərlə təəccübləndirəcək.

Festivalın keçirilməsi İçərişəhər qoruğu, 404found kreativ agentlik və Azərbaycanda ilk onlayn kulinar portal Meal For Real tərəfindən təşkil olunub.

Təşkilatı dəstək – Demir Bank, Bizim Tarla, Az Qida Sert, Coca-Cola, Doğadan və Bonaqua.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti