...

"Мi-8" helikopteri Çilov adasında məcburi eniş edib - xəsarət alan yoxdur

Cəmiyyət Materials 27 May 2017 14:05 (UTC +04:00)
Bu gün "Silkway Helicopters Services" aviaşirkətinin "Мi-8" helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.
"Мi-8" helikopteri Çilov adasında məcburi eniş edib - xəsarət alan yoxdur

Bakı. Trend:

Bu gün "Silkway Helicopters Services" aviaşirkətinin "Мi-8" helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.

Aviaşirkətdən Trend-ə verilən məlumata görə, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi zərər görməyib.

"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters"in digər helikopterləri ilə çatdırılacaq.

Hazırda hadisənin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti