...

ELMİRA SÜLEYMANOVA: AZƏRBAYCAN KİV-DƏ DAHA OBYEKTİV NƏŞRLƏRƏ ZƏRURƏT VARDIR

Cəmiyyət Materials 18 İyul 2005 17:13 (UTC +04:00)

Bugünkü gündə Azərbaycanda demokratiyanın inkişafına yönəldilmiş, eləcə də, cəmiyyətdəki islahatların, reallıqların məlumatlarla əks olunmasına yönəldilmiş nəşrlərə zərurət vardır. Trend agentliyinin məlumatına əsasən, iyulun 18-də milli mətbuatın 130 illiyinə həsr olunmuş "dəyirmi masa" da bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirib.

Mətbuatın xalqın milli şüurunun formalaşdırılmasında,sosial ədalətin və şəffaflığın təmin edilməsində, sağlam mənəvi dəyərlərin əks etdirilməsində, insan hüquqlarının müdafiəsində, doğma dilin inkişaf etdirilməsində mühüm rolunu qeyd edən ombudsman həm də bildirib ki, söz və mətbuat azadlığı müstəqilliyin ən böyük nailiyyətlərindəndir.E.Süleymanovanın sözlərinə görə, insan hüquqları üzrə müvəkkil öz fəaliyyətində KİV-lə işə xüsusi yer ayırır.

Öz fəaliyyəti dövründə ombudsman dəfələrlə KİV-ə aid ayrı-ayrı qanun layihələri üzrə təkliflərlə çıxış edib. E.Süleymanova bəyan edib ki, ombudsman ölkədə söz və mətbuat azadlığının təmin edilməsi, bu sahənin inkişaf etdirilməsi, media nümayəndələrinin hüquqlarının müdafiəsi kimi məsələləri diqqət mərkəzində saxlayır.

"Dəyirmi masa" da mətbuat Şurasının sədri Əflatun Amaşov, teleradio şurasının sədri Nuşirəvan Məhərrəmli, mətbuat Şurası sədrinin müavini Qulu Məhərrəmli, KİV nümayəndələri iştirak edib.İştirakçılar KİV-in hazırkı vəziyyəti ilə bağlı bir sıra məsələləri və bu sahədə mövcud olan problemləri müzakirə edib.

Xəbər lenti

Xəbər lenti