...

Ərəb ölkələrindən sərmayə cəlb edilməsi üçün Bakıda tədbir keçiriləcək

İqtisadiyyat Materials 16 Oktyabr 2016 12:24 (UTC +04:00)
Ərəb ölkələrindən sərməyə cəlb edilməsi üçün dekabrın 8-də Bakıda beynəlxalq sərmayə forumu keçiriləcək
Ərəb ölkələrindən sərmayə cəlb edilməsi üçün Bakıda tədbir keçiriləcək

Bakı. Azadf Həsənli - Trend:

Ərəb ölkələrindən sərməyə cəlb edilməsi üçün dekabrın 8-də Bakıda beynəlxalq sərmayə forumu keçiriləcək. Bu barədə Trend-ə ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, tədbir Fars körfəzi ölkələrindən sərmayə cəlb etmək məqsədi ilə təşkil ediləcək: "Sərmayəçilərə Azərbaycandakı biznes mühiti barədə məlumat veriləcək, ölkənin investisiya imkanlarını göstərən təqdimatlar olacaq".

Mənbənin sözlərinə görə, bu, Ərəb ölkələrindən sərmayə cəlb edilməsi üçün Azərbaycanda təşkil edilən ilk belə böyük tədbir olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti