...

Füzulinin Qayıdış-3 qəsəbəsinə ilk dəfə təbii qaz verildi

Energetika Materials 22 Yanvar 2015 15:30 (UTC +04:00)
Bu gün Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.
Füzulinin Qayıdış-3 qəsəbəsinə ilk dəfə təbii qaz verildi

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Bu gün Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 200 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 7816 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 200 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti