...

Polad Bülbüloğlu: Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını tez bir zamanda artırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 14:51 (UTC +04:00)
Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını tez bir zamanda artırmağa hazırdır, lakin bunun üçün həmin məhsulların alınacağına dair zəmanət olmalıdır.
Polad Bülbüloğlu: Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını tez bir zamanda artırmağa hazırdır

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını tez bir zamanda artırmağa hazırdır, lakin bunun üçün həmin məhsulların alınacağına dair zəmanət olmalıdır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mətbuat konfransında deyib.

Bununla belə, o, əlavə edib ki, söhbət təkcə meyvə-tərəvəzin deyil, həm də quş əti, yumurta və digər məhsulların ixracından gedir: "Azərbaycan özünü tam təmin edir və biz ixracı tez bir zamanda artırmağa hazırıq. Lakin bu məhsulun sanksiyalar ləğv edildikdən sonra da alınacağına dair zəmanət olmalıdır".

Səfir vurğulayıb ki, əsas problem istehsalçılar və sahibkarların inzibati maneələrdən, uzunmüddətli gömrük keçidindən qorxmasındadır: "Axı kənd təsərrüfatı məhsulları tez xarab olur".

Diplomatın fikrincə, ilk növbədə, inzibati maneələrin sahibkarlara əziyyət verməməsi üçün onlara normal şərait yaratmaq lazımdır: "Bu mexanizmləri sahmana salmaq lazımdır, insanlar, fermerlər işləməyə hazırdırlar. Belə bir deyim var: "Hər işdə bir xeyir var". Ola bilsin ki, bu siyasi vəziyyət Rusiya istehsalçılarının, onun qonşularının və çoxdankı tərəfdaşlarının istehsalı artıracağına xidmət etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti