...

"Nabucco" ilə TANAP arasında anlaşma memorandumu imzalanıb

Energetika Materials 4 Mart 2013 15:56 (UTC +04:00)
Bu gün "Nabucco Gas Pipeline International GmbH" Transanadolu boru kəməri (TANAP) ilə (TANAP Doalgaz Iletim A.S.) anlaşma və əməkdaşlıq memorandumu imzalayıb.
"Nabucco" ilə TANAP arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Bu gün "Nabucco Gas Pipeline International GmbH" Transanadolu boru kəməri (TANAP) ilə (TANAP Doalgaz Iletim A.S.) anlaşma və əməkdaşlıq memorandumu imzalayıb. Trend-in məlumatına görə, bu memorandumla hər iki tərəf "Cənub qaz dəhlizi"nin inkişafı üçün əməkdaşlığa razı olduqlarını rəsmi surətdə bəyan edirlər.

Memorandumda deyilir ki, "Nabucco" və TANAP texniki və digər strateji məlumat mübadiləsi edəcək və "onların müvafiq layihələrinin inkişafını dəstəkləyəcək şəkildə əməkdaşlıq edəcəklər".

Sənəddə həmçinin qeyd edilir ki, Avropa İttifaqı və Cənub Şərqi Avropa regionlarının qazla etibarlı təchizatının və diversifikasiyasının təkmilləşdirilməsi üçün təbii qazın təchizat marşrutlarının gələcəkdə diversifikasiya edilməsinə ehtiyac var.

"Nabucco Gas Pipeline International GmbH"-nin icraçı direktoru Reynhard Mitçek qeyd edib: "Bu memorandum "Cənub qaz dəhlizi"nin iki ayrılmaz hissəsinin əlaqəsindən bəhs etməklə, Avropaya qaz təchizatının diversifikasiyası uğrunda birgə məqsədimizə daha bir addım yaxınlaşdırır. Memorandum hər iki layihənin uğurla davam etməsi məqsədilə həyat əhəmiyyətli məlumatın və işlərin bölüşdürülməsi üçün qarşılıqlı çərçivə yaradır".

"Nabucco Gas Pipeline International GmbH"-nin maliyyə işləri üzrə baş direktoru Frank Sibert əlavə edbi: "Bu memorandumu müsbət qarşılayırıq. Növbəti aylarda "Şahdəniz" qazı ilə Avropa istehlakçıları arasında mövcud olan qiymətlər zəncirinin bütün tərkib hissələri bütün pay sahiblərinin maksimum kommersiya qazancını əldə etməsi məqsədilə layihə proqramlarını bir xətt üzrə düzmək üçün birlikdə çalışacaqlar. Bu anlaşma memorandumu bu prosesdə əhəmiyyətli addımdır".

"Nabucco" boru kəmərinin Xəzər dənizi regionunun qaz ehtiyatlarının Turkiyə-Bolqarıstan sərhəddindən başlayaraq Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Baumqartendə yerləşən Mərkəzi Avropa Qaz Mərkəzinə götürəcəyi planlaşdırılır. "Cənub qaz dəhlizi"nin mərkəzi elementi kimi "Nabucco" inkişaf etməkdə olan Cənub Şərqi Avropa iqtisadiyyatının 500 milyondan çox istehlakçısına, ordan isə Qərbi Avropaya qaz təchizatının diversifikasiya edilməsi üçün mükəmməl coğrafi mövqeyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti