...

Azərbaycanda daxili dəmiryol qatarlarının hərəkətinə sürət məhdudiyyəti qoyulub

Hadisə Materials 5 Fevral 2010 11:58 (UTC +04:00)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Azərbaycanın bütün ərazisində daxili dəmiryol reysləri fasilələrlə həyata keçiriləcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov cümə günü deyib.
Azərbaycanda daxili dəmiryol qatarlarının hərəkətinə sürət məhdudiyyəti qoyulub

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir E.İsmayılov/

Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Azərbaycanın bütün ərazisində daxili dəmiryol reysləri fasilələrlə həyata keçiriləcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov cümə günü deyib.

"Bütün daxili reyslərdə fasilələr müşahidə olunacaq ki, bu da hava şəraiti ilə əlaqədar qatarların hərəkətinə qoyulan məhdudiyyətlərlə bağlıdır", - Azməmmədov deyib.

Onun sözlərinə görə, beynəlxalq reyslər öz vaxtında həyata keçiriləcək. Bakı-Moskva (Bakı vaxtı ilə saat 19-50-də), Bakı-Tümen (Bakı vaxtı ilə saat 17.00-da) sərnişin qatarları cədvəl üzrə yola duşəcək və Bakı-Tümen sərnişin qatarı cədvəl üzrə saat 18.37-də Bakıya gələcək.

"Havaların kəskin dəyişməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib. Yolların qardan təmizlənməsi işlərinə başlanılıb", - Azməmmədov deyib.

Xəbər lenti

Xəbər lenti