...

Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların geri çəkilməsi başladıqda çox şey dəyişəcək - XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2011 08:17 (UTC +04:00)
Rusiya elə birinci gündən Dağlıq Qarabağ münaqişəsini başlanğıcda söndürmək, təmas nöqtələrini tapmaq üçün çox harmonik şəkildə işləmişdir. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov "Komsomolskaya pravda" qəzetinə verdiyi müsahibədə bildirib.
Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların geri çəkilməsi başladıqda çox şey dəyişəcək - XİN başçısı

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiya elə birinci gündən Dağlıq Qarabağ münaqişəsini başlanğıcda söndürmək, təmas nöqtələrini tapmaq üçün çox harmonik şəkildə işləmişdir. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov "Komsomolskaya pravda" qəzetinə verdiyi müsahibədə bildirib.

"Rusiyaya haqq qazandırmaq lazımdır ki, Ermənistanın bizdən işğal etdiyi Dağlıq Qarabağda atəşkəsin imzalanmasına yardım etmişdi", - nazir deyib.

Bundan sonra isə fransızlar, amerikanlar və rusiyalıların daxil olduğu həmsədrlik institutu yaranmışdı.

"Variantlar çox idi, 1994-cü ildə atəşkəs rejimi imzalanandan və qəbul olunandan sonra indiyə kimi ölü nöqtədə dayanmış məsələnin razılığa gəlib yerindən tərpətməsinə çox yaxın idik. Son mərhələyə biz Prahada 2004-cü ildə başlamışıq, buna görə o, Praha prosesi adlanır. Onun məntiqi nizamlanmanın mərhələli olmasından ibarətdir", deyə Məmmədyarov bildirib.

Nizamlanmaya nail olunmamasının səbəbi nə olduğu barədə müxtəlif fikirlər var idi, Məmmədyarov deyib.

"Hamı başa düşmüşdü ki, simbioz gərəkdir və münaqişənin hərbi hissəsinin mənfi nəticələrini aradan qaldırmaq lazımdır. Silahlı münaqişənin mənfi hissəsi isə ərazinin işğalı və etnik təmizləmələrdən ibarətdir. Hamı əla başa düşür ki, təkcə Dağlıq Qarabağ yox, onun ətrafındakı rayonlar da işğal olunub!", deyə nazir bildirib.

Məmmədyarovun sözlərinə görə, işğal olunmuş yeddi rayon çox ağır bir yükdür, xüsusən ona görə ki, bu rayonlar Dağlıq Qarabağ özü də daxil olmaqla, azərbaycanlı əhalidən tam təmizlənib.

"Bu kontekstdə, mərhələlik prinsipi qurulan vaxtı, biz Ermənistan silahlı qoşunlarının Dağlıq Qarabağ ətrafındakı rayonlardan geri çəkilməsinin yaradacağı və digər məsələr üçün müstəsna olan imkana əsaslanmağa başlamışıq. Amma Ermənistan tərəfinin Dağlıq Qarabağ statusu ilə bağlı problemin yaddan çıxartmamaq istəyəcəyini başa düşərək, Madrid prinsipi kimi müəyyən edilmiş forma hazırlamışıq", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti