...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsini BMT TŞ qarşısında qaldıra bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2011 15:26 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsini BMT-nin Təhlükəsizlik Şurası (TŞ) çərçivəsində qaldıra bilər.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsini BMT TŞ qarşısında qaldıra bilər

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsini BMT-nin Təhlükəsizlik Şurası (TŞ) çərçivəsində qaldıra bilər.

"TŞ-nin beş daimi üzvündən üçü - ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Təbii ki, BMT TŞ-də Dağlıq Qarabağ münaqişəsi məsələsini qaldırmazdan əvvəl biz bunu onlarla müzakirə edəcəyik", - bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın bu strukturun qeyri-daimi üzvü qismində hər hansı bir təşəbbüs irəli sürmə imkanlarını şərh edərkən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Azərbaycan BMT TŞ-nin 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilib.

Məmmədyarov Azərbaycanın BMT-nin nüfuzlu strukturuna üzv seçilməsini dünya ictimaiyyəti tərəfindən göstərilən dəstəyin nəticəsi hesab edib.

Onun sözlərinə görə, Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin sentyabrında BMT TŞ-nin iclaslarına rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti