...

İran Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının rəsmisi Moskvaya səfər edib

Dünya xəbərləri Materials 18 Yanvar 2012 10:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir T.Cəfərov/

İran İslam Respublikasının Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibinin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini Əli Baqiri bu gün səhər Moskvaya səfər edib. Trend-in məlumatına görə, bu barədə İRNA dövlət xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, səfər çərçivəsində Baqirinin Rusiya xarici işlər naziri Sergey Lavrov və digər rəsmilərlə görüşləri nəzərdə tutulub.

Səfər zamanı Rusiya rəsmiləri ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərlə yanaşı, İran və "5+1" ölkələri arasında İranın nüvə məsələsinin həlli ilə bağlı müzakirələr haqqında müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti