Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
"Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm", - İlham Əliyev təbrik məktubunda bildirib.
İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.