...

Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının mükafatına layiq görülüb

Siyasət Materials 30 Yanvar 2007 17:27 (UTC +04:00)
Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının mükafatına layiq görülüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının qərarı ilə Azərbaycan Respublikasının Birinci xanımı, millət vəkili , UNESCO və ISESCO-nun Azərbaycanda xoşməramlı səfiri Mehriban Əliyeva "Ana, Uşaq və Ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə" ÜST-nin mükafatına layiq görülüb. Trend xəbər verir ki, bu barədə ÜST-nin sessiyasında iştirak edən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

Mükafat Mehriban Əliyevaya bu ilin may ayında Cenevrədə keçiriləcək 193 üzv -ölkənin qatılacağı Ümumdünya Səhiyyə Assambleyasında təqdim ediləcək.

Qeyd edək ki, ÜST mükafatlarına layiq görülənlər sırasında Bill Qeyts, Xose Antonio Sokrates, Maestra Qilermina Natera Rey, Tan Seyn, Nabil Kronfol da var.

Xəbər lenti

Xəbər lenti