...

Azərbaycanın "Qarabağ" futbol klubu "Neftçi"nin keçmiş baş məşqçisi ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 4 Avqust 2008 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu "Neftçi"nin keçmiş baş məşqçisi Qurban Qurbanovla müqavilə bağlyıb. Bu barədə Trend -a bazar ertəsi "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.

Trend -un arayışı: Bir neçə gün əvvəl gözlənilmədən "Qarabağ"ın Türkiyədən olan baş məşqçiçi Rasim Kara "Xəzər-Lənkəran" klubu ilə müqavilə bağlayıb. Karanın "Xəzər-Lənkəran"a keçidindən sonra, "Qarabağ" klubunda baş məşqçi vəzifəsi boş qalmışdı.

Mətbuat xidmətinin məlumatına görə, "Qarabağ" Qurbanovla bir illik müqavilə bağlayıb. Gənc məşqçi, klub rəhbərliyinə Azərbaycan Premyer-Liqsının 2008-2009-cu il mövsümündə "Qarabağ"ı çempion edəcəyini söz verib.

Qurbanov 2007-2008-ci il mövsümündə "Neftçi" klubunun baş məşqçisi olub. Onun baş məşqçi olduğu dövrdə "Neftçi" həm UEFA kubokunda, həm də Azərbaycan çempiontında uğursuz çıxış edib.

Xəbər lenti

Xəbər lenti