Azərbaycan, Bakı, 29 dеkаbr/ Trend News, müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu baş məşqçi Qurban Qurbanovla 3 illik müqavilə bağlayıb. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.
Qurbanov "Qarabağ"ın baş məşqçisi vəzifəsinə bu ilin avqust ayında təyin olunub. O, baş məşqçi vəzifəsində türkiyəli Rasim Karanı əvəz edib.
Qurbanovun "Qarabağ" klubu ilə müqaviləsinin başa çatmasına iki ay qalsa da, rəhbərlik 2009-cu ilin fevral ayını gözləmədən 3 illik müqavilə bağlamaq qərarına gəlib.
"Qarabağ" komandası Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra 24 xalla 7-ci yerdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]