...

Kiyevdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Cəmiyyət Materials 28 Aprel 2013 19:54 (UTC +04:00)
Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində bazar günü Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın öz adını daşıyan parkda yerləşən abidəsi qarşısında onun 90 illik yubileyi münasibəti ilə tədbir keçirilib
Kiyevdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir M.Əliyev/

Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində bazar günü Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın öz adını daşıyan parkda yerləşən abidəsi qarşısında onun 90 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova, UAK sədri Rövşən Tağıyev, o cümlədən orada yaşayan azərbaycanlılar ilə yanaşı yerli hökumət və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Akademikin heykəli önündə toplaşanlar qarşısında çıxış edən səfir Eynulla Mədətli Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edərək bildirib ki, Azərbaycanın tanımış xanımının adına belə bir parkın, heykəlin olması Ukrayna xalqının Azərbaycan xalqı ilə dostluq əlaqəsinin bariz nümunəsidir.

Deputat Elmira .Axundova isə çıxış edərək Zərifə Aleyvanın həm görkəmli tibb xadimi, həm də nümunəvi həyat yoldaşı, ana olmasından bəhs edib. O qeyd edib ki, akademik Zərifə Əliyeva yegnə azərbaycanlı qadındır ki, bir sıra mükafatlarla yanaşı SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülüb.

UAK sədri Rövşən Tağıyev də çıxışında bildirib ki, dünya üzrə tanınmış həmyerliləri olan Zərifə xanım Əliyevanın Kiyev vilayətində belə bir heykəlinin ucaldılması və buradakı iri orta məktəblərdən birində onun muzeyinin açılması uzun illərdi Ukraynada yaşayan çoxsaylı azərbaycanlılar üçün qürur mənbəyidir. O ukraynalıların yaddaşında da Zərifə Əliyevanın və onun ömür gün yoldaşı ümummilli lider Heydər Əliyevin əziz xatirələr ilə qalmasından danışıb.

Toplantıda Kiyev vilayətində Zərifə Əliyevanın adına muzeyin fəaliyyət göstərdiyi 12 nömrəli məktəb- liseyin direktoru Valentina Antoninko bildirib ki, muzey çoxsaylı şagirdlər tərəfindən mütəmadi olaraq aktiv ziyarət olunur, Zərifə xanımın həyat və yaradıcılığı ilə maraqlanılır. O həmçinin bildirib ki, məktəb ilə Zərifə Əliyevanın ata- baba yurdu olan Azərbaycanın Naxçıvan MR-nın Şahtaxt kənd orta məktəbi ilə əməkdaşlıq yaradılıb və iki məktəb arasında əlaqələr ilə bağlı Kiyevdən Naxçıvana, Naxçıvandan Kiyevə qarşılıqlı səfərlər olunur. Həmin məktəb- liseyə akademikin adının verilməsi də planlaşdırılır.

Cıxış edən UAK-ın Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşüb və bildirib ki, onun heykəli Azərbaycan və Ukrayna xalqları arasında dostluq körpüsü rolunun oynayacaq.

Toplantı digər iştirakçıların akademik haqqında fikirləri ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti