...

"Neftçi" Qurban Qurbanova üstünlük verir

Cəmiyyət Materials 6 İyun 2006 16:30 (UTC +04:00)

Azərbaycan futbol yığmasının keçmiş forvardı Qurban Qurbanov Ağasəlim Mircavadovun gedişindən sonra "Neftçi"yə başçılıq edib.

Trend in xəbər verdiyi kimi, oyun karyerası başa çatdıqlan sonra hücumçu "İnter"in idman direktoru vəzifəsində çalışıb və məşqçi karyerasına başlamağı qərara alıb. "Neftçi"nin tərkibində Q.Qurbanov bir çox titullara layiq görülüb, uzun illər klubda çıxış edib və futbolçular arasında nüfuz sahibidir. Buna görə də "Neftçi" rəhbərliyi Qurbana üstünlük verib. Eyni zamanda Əhməd Ələsgərov və Vaqif Sadıqovun da namizədlikləri nəzərdən keçirilib.

Xatırladaq ki, ötən mövsüm komanda üçün uğursuz olub. Birlik kubokunun qalibləri çempionatın bürünc medalını qazanıb və İntertoto Kubokunda çıxışdan imtina etmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti