...

"Neftçi"nin məşqçisi "Kayserispor"dadır

Cəmiyyət Materials 16 İyun 2006 16:25 (UTC +04:00)

"Neftçi"nin yeni məşqçisi Qurban Qurbanov "Kayserispor"da on günlük təcrübə keçir.

Trend agentliyinin məlumatına əsasən, mütəxəssis öz məşqçi təcrübəsini artırmaq üçün Türkiyəyə yola düşüb. Xüsusən ona görə ki, Azərbaycan yığmasının kapitanı Rəşad Sadığov da "Kayserispor"da çıxış edir. Q.Qurbanov daha çox R.Sadığovun himayəsilə Ertoğrul Sağlamın başçılıq etdiyi komandanın təlim prosesini izləmək şərəfinə nail olub. Hazırda komanda İntertoto Kubokunun 2-ci raunduna hazırlaşır.

Ehtimallara görə, Türkiyə səfəri zamanı Q.Qurbanov həmkarı ilə ən yüksək yerlərə nail olmağa qadir döyüşqabiliyyətli komandınan yaradılması ilə bağlı fikirlərilə bölüşəcək.

Xəbər lenti

Xəbər lenti