...

Məşhur portuqaliyalı futbolçu vəfat etdi

İdman Materials 5 Yanvar 2014 12:59 (UTC +04:00)
Məşhur portuqaliyalı futbolçu Eysebio vəfat edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Portuqaliyanın "A Bola" qəzeti yazır.
Məşhur portuqaliyalı futbolçu vəfat etdi

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Məşhur portuqaliyalı futbolçu Eysebio vəfat edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Portuqaliyanın "A Bola" qəzeti yazır.

Qəzetin məlumatına görə, əfsanəvi futbolçu ürək xəstəliyi səbəbindən dünyasını dəyişib.

Uzun müddət "Benfika" klubunda oynayan Eysebio Portuqaliya yığmasının tərkibində 1966-cı il dünya çempionatının bürünc medalını qazanıb. 11 dəfə Portuqaliya çempionu olan idmançı 1965-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilib. 1962-cı ildə "Benfika" ilə Çempionlar Kubokunun qalibi olub. Portuqaliya yığmasının tərkibində keçirdiyi 64 oyunda 41 qol vurub.

Sürətli və texniki oyununa görə "Qara pantera" ləqəbi almış Eysebio iki dəfə "Qızıl buts" mükafatına layiq görülüb.

Məşhur futbolçunun yanvarın 25-də 72 yaşı tamam olacaqdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti