...

Qahirədə daha üç nümayişçi öldürülüb

Dünya xəbərləri Materials 3 Fevral 2011 08:47 (UTC +04:00)
Cümə axşamı səhər saatlarında Qahirənin Təhrir meydanında naməlum şəxslər hakim rejiminin əleyhdarları olan üç nümayişçini güllələyərək öldürüblər, bu barədə xarici KİV-lər məlumat verib.
Qahirədə daha üç nümayişçi öldürülüb

Cümə axşamı səhər saatlarında Qahirənin Təhrir meydanında naməlum şəxslər hakim rejiminin əleyhdarları olan üç nümayişçini güllələyərək öldürüblər, bu barədə xarici KİV-lər məlumat verib. 

Etiraz aksiyalarının təşkilatçılarından biri Mustafa al-Naqqar bildirib ki, atəş avtomatik silahlardan üç müxtəlif nöqtədən açılıb. Hərbçilər baş verənlərə qarışmayıb.

Çərşənbə günü meydanın mərkəzinə prezident  Hüsni Mübarəkin tərəfdarları atlarla daxil olublar və müxalifətlə onlar arasında  toqquşma baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, nəticədə üç nəfər həlak olub, 600 nəfərdən çox insan xəsarət alıb. Reuters xəbər agentliyinin məlumatına əsasən isə,  dünənki toqquşmalar nəticəsində 1,5 minə yaxın insan yaralanıb.

Etiraz aksiyaları artıq on gündür Misirdə həyatı iflic edib. Nümayişçilər Prezident Mübarəkin getməsini, siyasi və iqtisadi islahatların aparılmasını tələb edirlər. Prezident öz növbəsində çərşənbə axşamı bəyan edib ki, cari ilin sentyabrında prezidentlik müddəti başa çatdıqdan sonra gedəcək və bu müddət ərzində köklü islahatlar aparacaq .

Xəbər lenti

Xəbər lenti