...

Misir prezidenti Hüsni Mübarək istefa verib

Dünya xəbərləri Materials 11 Fevral 2011 20:04 (UTC +04:00)
Qətərin Əl-Cəzirə televiziyasının verdiyi məlumata görə, Misir prezidenti Hüsni Mübarək istefa verib.
Misir prezidenti Hüsni Mübarək istefa verib

Qətərin Əl-Cəzirə televiziyasının verdiyi məlumata görə, Misir prezidenti Hüsni Mübarək istefa edib.

Onun gedişi haqqında vitse-prezident Ömər Süleyman dövlət televiziyası vasitəsi ilə elan edib.

"Ölkədə bu çətin günlərdən sonra Prezident Məhəmməd Hüsni Mübarək qərarə gəldi ki, o vəzifəsini tərk edir və  Silahlı Qüvvələrin Ali Şurasını ölkənin işlərini aparmaq üçün təyin etdi" Süleyman bildirib.

Cümə günü  axşam hərbi rəhbərliyin bəyanatla  çıxış edəcəki gözlənilirdi. Əl-Arabiya kanalı bildirib ki, ölkəni idarə etmək üçün mülki və hərbi liderlərdən  ibarət bir şura təyin ediləcək.

Müsəlman Qardaşlıqı, Misirin ən böyük müxalifət qrupu, hərbiçilərə müraciət edib hakimiyyəti tezliklə mülki hökumətə təhvil verilməsinə çağırıb.

Yanvarın 25-də Misirdə sonradan kütləvi iğtişaşlara çevrilən hökumət əleyihə aksiyalar keçirilməyə başlayıb. Azı 300 nəfər həlak olub, orta hesabla 5 min nəfər xəsarət alıb. Nümayişçilər Qahirənin Təhrir meydanına yığışmaqda və Mübarəkin dövlət başçısı vəzifəsindən getməsini tələb etməkdə davam edirdilər.

Xəbər lenti

Xəbər lenti