...

Misir televiziya kanalında I Avropa Oyunlarından danışıldı (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 15 May 2015 10:11 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik olan “Nil Əl-Əxbar” televiziya kanalına müsahibə verib.
Misir televiziya kanalında I Avropa Oyunlarından danışıldı (VİDEO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik olan "Nil Əl-Əxbar" televiziya kanalına müsahibə verib.

Səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Abdullayev çıxışında 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançının 20 idman növündə mübarizə aparacağını tamaşaçıların diqqətinə çatdırıb.

Azərbaycanın Londonda keçirilmiş son 2012-ci ilin yay olimpiya oyunlarında 10 medal qazandığını qeyd edən səfir dünyanın 200-dən artıq ölkəsi arasında ölkənin 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri tutduğunu bildirib.

Azərbaycan hökumətinin gənclərə və idmana verdiyi xüsusi önəmdən danışan Ş.Abdullayev son on il ərzində ölkədə 40-dan çox idman olimpiya kompleksinin inşa edildiyni qeyd edib.

Bundan başqa, səfir 2017-ci ildə Azərbaycanın "İslam Həmrəyliyi Oyunları"na ev sahibliyi edəcəyi barədə də məlumat verib.

Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinə sahib olduğunu, eyni zamanda İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu qeyd edən Ş.Abdullayev ölkəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası, Dinlərarası və Sivilizasiyalararası Forumlar barədə məlumat verib, dinc yanaşı yaşama tərzinin və tolerantlıq səviyyəsinin Azərbaycanda yüksək olduğunu diqqətə çatdırıb.

Azərbaycanda "Bakı 2015" ilk Avropa Oyunlarının keçirilməsinin başlıca səbəblərinə toxunan səfir ölkənin iqtisadiyyatının son illərdə surətlə inkişaf etməsinə toxunaraq, təbii sərvətlərdən, neft və qazdan əldə olunan gəlirlərin düzgün idarəçilik siyasəti əsasında digər sahələrin inkişafına yönəldilməsini, dünya ölkələri ilə əməkdaşlıq etdiyini, keçirilən olimpiya yarışlarında azərbaycanlı idmançıların nailiyyətlər əldə etməsini qeyd edib. Diplomat bununla da ölkəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə nail olduğunu vurğulayıb. Digər tərəfdən, "Bakı 2015" ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin dünya ölkələrinin diqqətini cəlb etmək, eyni zamanda ölkənin həm idman, həm də turizm sahələrini inkişaf etdirmək, iştirak edən ölkələr arasında birlik və həmrəylik yaratmaq məqsədi daşıdığını da qeyd edib.

Səfir Ş.Abdullayev Azərbaycanın surətlə inkişaf etməsinə baxmayaraq, ölkəsinin qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağılq Qarabağ münaqişəsi olduğunu vurğulayıb. O, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu qeyd edib, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş 4 qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirib.

Veriliş zamanı Azərbaycanın son illər yüksək inkişaf tempini və "Bakı 2015" ilk Avropa Oyunları ilə bağlı ölkədə həyata keçirilən hazırlıq işlərini əks etdirən video çarxlar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti