"Azərsu" Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş rejimdə işləyir (FOTO)

"Azərsu" Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş rejimdə işləyir (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı-2015 1-ci Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə əlaqədar gücləndirilmiş rejimdə işləyir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun idarə aparatında, həmçinin rayon sukanal idarələrində qərargahlar yaradılıb və məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Yaranacaq problemlərin və baş verə biləcək qəzaların operativ həlli məqsədilə 3 ixtisaslaşmış qəza briqadası yaradılıb, onlar xüsusi texnika, maşın və mexanizm, lazımi mal-material və avadanlıqlarla təmin olunub. İxtisaslaşmış briqadaların qəza yerlərinə daha tez çatması üçün şəhərin müxtəlif istiqamətlərində - Nizami, Nərimanov və Səbail rayonlarının ərazisində dislokasiya məntəqələri yaradılıb. Bunlarla yanaşı, hər bir rayon sukanal idarəsinin su və kanalizasiya üzrə qəza briqadaları da 24 saat fəaliyyət göstərir. Birinci Avropa oyunlarına hazırlıqla əlaqədar qəza briqadalarının əməkdaşlarına nəzəri və praktiki təlimlər keçirilib.

Oyunlara hazırlıq çərçivəsində Bakı şəhərini içməli su ilə təmin edən mənbələr, magistral xətlər, mərkəzi və məhəllədaxili anbarlar, su və kanalizasiya nasos stansiyalarının vəziyyəti təhlil edilib, aşkar olunmuş çatışmazlıqlar dərhal aradan qaldırılıb və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, Bakı və Mingəçevir şəhərlərində mehmanxanaların, yarışların keçiriləcəyi idman obyektlərinin, Atletlər kəndinin, ictimai-iaşə və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinə aidiyyatı qurumlarla birlikdə baxış keçirilib, bu obyektlərin dayanıqlı içməli su təchizatının aparılması üçün müvafiq tövsiyələr verilib.

"Azərsu" ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları idman, ictimai iaşə obyektləri, mehmanxanalar və müəyyən olunmuş digər yerlərdən mütəmadi nümunələr götürərək analizlər aparır, bununla da içməli suyun keyfiyyəti daim nəzarətdə saxlanılır.

Qeyd edək ki, böyük idman tədbiri ərəfəsində Bakı şəhərini, o cümlədən idman arenalarını, hotelləri, Olimpiya kəndini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün xeyli iş görülüb. Belə ki, Bakı şəhərində Olimpiya Stadionunun tikintisi, yol infrastrukturunun yenidən qurulması, Böyükşor gölünün təmizlənməsi layihələrinin icrası ilə əlaqədar ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorları yenidən qurulub, yeni xətlər və şəbəkələr tikilib. İdmançıların, məşqçi korpusunun, hakimlərin və digər texniki personalın yerləşəcəyi Olimpiya kəndi ərazisində yeni su və kanalizasiya sistemləri yaradılıb, Səbail rayonu ərazisində yeni tikilmiş Su İdman Oyunları Sarayının yaxınlığındakı "Şimal" nasos stansiyası ləğv edilib və suyun paylanması üçün başqa ərazidə yeni stansiya inşa olunub. Eyni zamanda Salyan şossesində yeni mərkəzləşdirilmiş nasos stansiyası tikilib istismara verilib.

Böyükşor gölünə axıdılan tullantı sularının qarşısının alınması və optimal idarə edilməsi məqsədilə 2000 mm diametrli borularla 1,5 km uzunluğunda yeni kanalizasiya kollektoru inşa edilib, bununla da tullantı sularının gölə axıdılmasının qarşısı tam alınıb. Eyni zamanda Dərnəgül-Bakıxanov-Qaraçuxur kanalizasiya kollektorunun bu ərazidən keçən hissəsinin inşası başa çatdırılıb.

Bakı buxtasına axıdılan çirkab suların qarşısının tam alınması üçün 13,2 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya kollektorunun inşası yekunlaşıb. 8 km-i mikrotunel, 1,1 km-lik hissəsi isə tunel tipli kollektordan ibarət olan bu xəttin tikintisi ilə yanaşı, Su İdman Oyunları Sarayının yerləşdiyi ərazidən açıq kanallarla Xəzər dənizinə axıdılan suların qarşısının alınması məqsədilə kanalizasiya sisteminin qurulması başa çatdırılıb. Ümumilikdə, Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərində 119 km uzunluğunda müxtəlif diametrli magistral və şəbəkə su xətti, 29 km kanalizasiya kollektoru və şəbəkəsi inşa edilib.

Birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq Mingəçevir şəhərində 3 ədəd kanalizasiya nasos stansiyası tikilib ki, bu da Kür çayına axıdılan tullantı sularının qarşısını almağa imkan verib. Eyni zamanda, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşıb, 41 km yeni su xətti, 30 km kanalizasiya xətti quraşdırılıb.

Xatırladaq ki, birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq məqsədilə "Azərsu" ASC sədrinin 12 noyabr 2014-cü il tarixli əmri ilə komissiya və daimi fəaliyyət göstərən qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bərdədə vətəndaşların mənzillərini qarət edən dəstə yaxalandı
Ağır yaralanan daha 12 qazi Türkiyəyə göndərilib (FOTO)
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Bakıda özünü və iki körpəsini binadan atan qadının məhkəməsi başlayır
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Azərbaycanda auditin rəqəmsallaşdırılması üzrə işlər sürətləndirilir - Auditorlar Palatasının sədri
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Qusarda narkotik becərən şəxs yaxalanıb (FOTO)
2 koronavirus xəstəsi küçədə saxlanıldı (FOTO)
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib
Bakıda meyiti damda tapılan qız niyə ölüb? - Araşdırma başladı
Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı
Qubadlının Ulaşlı kəndi (VİDEO)
Bu həftə ünvanlı yardımın ödənilməsi nəzərdə tutulub - DSMF
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Pandemiyadan sonra hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib
Gəncə yol polisi avtoxuliqanlıq edənlərə qarşı reyd keçirib (FOTO)
Aİ "COVİD-sertifikat"ları iyundan tətbiq edəcək
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
ABŞ-da sabiq polis Corc Floydun ölümündə təqsirli bilinib
Əfqanistana dair İstanbul konfransı təxirə salınıb
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb
Bakıda kirayə mənzillər ucuzlaşıb
Bakıda yaşayış binasında yanğın olub
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tovuzda birmərtəbəli ev yanıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Prezident İlham Əliyev: Tövsiyə etmişəm ki, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Prezident İlham Əliyev: Əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur
Azərbaycan Prezidenti: Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Bakıda torpaq qiymətləri bahalaşıb
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
Avropa Şurası Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Bütün xəbərlər