...

Bakıda Avropa Oyunlarının açılış və bağlanış günlərində avtobus marşrutlarının xətlərində dəyişikliklər edildi (SİYAHI)

Baku 2015 : EUROGAMES Materials 9 İyun 2015 16:42 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Bakı-2015 I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.
Bakıda Avropa Oyunlarının açılış və bağlanış günlərində avtobus marşrutlarının xətlərində dəyişikliklər edildi (SİYAHI)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlkin İzzət/

Nəqliyyat Nazirliyi Bakı-2015 I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.

Nazirlikdən Trend-ə bildiriblər ki, açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:

Zabrat - Maştağa istiqamətindən

107, 131, 172, 173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev - Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi - "Neftçilər" metrostansiyası - Rüstəm Rüstəmov və Mikayıl Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq.

139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev - Bakıxanov qəsəbəsi - O.Əfəndiyev küçəsi - Məmmədəli Şərifli küçəsi - Şirin Mirzəyev - Qara Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası - Şəmsi Əsədullayev küçəsi - Bakıxanov qəsəbəsi - S.Mehmandarov küçəsi - Sülh küçəsi - "Neftçilər" metrostansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək.

55 saylı marşrutun xətti Sabunçu stansiyası - Ş.Əsədullayev küçəsi - Bakıxanov qəsəbəsi - S.Mehmandarov küçəsi və sonra mövcud xətt üzrə hərəkət edəcək.

93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

Mərdəkan - Buzovna - Qala - Bülbülə qəsəbələri istiqamətindən

100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi - Heydər Əliyev prospekti - Zığ beton yolu - Gəncə prospekti - "Həzi Aslanov" metrostansiyasına qədər təşkil olunacaq.

116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu - Nobel prospekti - A.Cəlilov - K.Səfərəliyeva - 28 May küçələri (S.Vurğun bağının yanı) son dayanacaq.

184 saylı marşrut xətti Bülbülə qəsəbəsi - Bakıxanov qəsəbəsi - O.Əfəndiyev, M.Şərifli, Ş.Mirzəyev küçələri - Q.Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

214 saylı marşrut xətti Bakıxanov qəsəbəsi - O.Əfəndiyev küçəsi - Ramiz Qəmbərov küçəsi - "Neftçilər" metrostansiyası - 8-ci km bazarına qədər təşkil olunacaq.

Ziya Bünyadov prospekti istiqamətindən

11 və 36 nömrəli marşrut xətləri - Q.Qarayev prospekti - O.Vəliyev - M.Abbasov - A.Manafov - Q.Qarayev prospekti - sonra mövcud xətt üzrə.

82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

207 saylı marşrutun xətti Binə T/M - Dairəvi yol - Moskva prospekti - A.Mustafayev - Z.Bünyadov - Atatürk prospektinə qədər təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti