...

Avarçəkənlərimiz azarkeşləri Avropa Oyunlarına səsləyir

Baku 2015 : EUROGAMES Materials 9 İyun 2015 21:22 (UTC +04:00)
Bakı-2015 birinci Avropa Oyunlarında çıxış edəcək Azərbaycan kanoeçiləri Valentin Demyanenko və Sergey Bezuqlıy azarkeşlərlərə müraciət edib.
Avarçəkənlərimiz azarkeşləri Avropa Oyunlarına səsləyir

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Bakı-2015 birinci Avropa Oyunlarında çıxış edəcək Azərbaycan kanoeçiləri Valentin Demyanenko və Sergey Bezuqlıy azarkeşlərlərə müraciət edib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, titullu avarçəkənlər kayak və kanoe yarışlarının keçiriləcəyi Mingəçevirdəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində jurnalistlər qarşısına çıxıblar.

4 qat dünya və 4 qat Avropa çempionu V.Demyanenko azarkeş dəstəyinə ehtiyac duyduqlarını bildirib: "İnanıram ki, avarçəkmə yarışlarında Azərbaycanı təmsil edən idmançılardan da çempion olacaq. Bunun üçün yüksək göstəricilər və yaxşı hazırlığımız var. Məşqlərimiz yüksək səviyyədə davam edir. Yalnız azarkeşlərin dəstəyi qalır. Bizə dəstək olun ki, biz də sizin dəstəyinizdən güc alaraq yaxşı yarışaq və yüksək nəticələr əldə edə bilək".

Avropa çempionu, Dünya Kubokunun qalibi və dünya çempionatlarının mükafatçısı S.Bezuqlıy da azarkeşləri onlara dəstək olmağa çağırıb. O, bütün Azərbaycan vətəndaşlarını Oyunlar zamanı fəal olmağa səsləyib: "Bizə dəstək olmak üçün hər birinizi yarış məkanına dəvət edirəm. Çünki dəstəyiniz bizim üçün çox vacibdir. İdmançı azarkeşlərin məhz onun üçün yarışlara baxmağa gəldiyini biləndə özünü məsuliyyətli, güclü və inamlı hiss edir. Öz adımdan söz verirəm ki, Azərbaycanın üçrəngli bayrağını yüksəltmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, I Avropa Oyunlarında kayak və kanoe yarışları 14-16 iyunda keçiriləcək. V.Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr, S.Bezuqlıy isə Aleksey Kupinlə birgə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüş edəcək.

Xəbər lenti

Xəbər lenti