...

Bakı-2015 Azərbaycanda triatlonun təməlini qoyacaq

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 22:28 (UTC +04:00)
Azərbaycanda triatlon yarışları ilk dəfə Bakı-2015 Avropa Oyunlarının ilk həftəsində keçiriləcək.
Bakı-2015 Azərbaycanda triatlonun təməlini qoyacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycanda triatlon yarışları ilk dəfə Bakı-2015 Avropa Oyunlarının ilk həftəsində keçiriləcək.

Trend Bakı-2015-in saytına istinadən məlumat verir ki, iyunun 13-də qadınların, iyunun 14-də isə kişilərin triatlon yarışları Azərbaycanda ilk beynəlxalq triatlon yarışları olacaq.

Azərbaycan Triatlon Federasiyası Bakı-2015-ə hazırlıqlar çərçivəsində 2013-cü ilin iyun ayında yaradılıb.

Bu yarışa hazırlıqlarda əsas sütun rolunu oynayan triatlon yarışının meneceri Lukaş Matis bu yarışların Azərbaycanın gələcəkdə triatlon yarışlarında yer alması üçün əsas təməl olacağına inanır: "Bu yarışlardan sonra biz Azərbaycan üçün əhəmiyyətli bir triatlon infrastrukturu miras qoyacağıq. Alınan avadanlıqlar və əldə olunan təcrübə bundan sonra yüksək səviyyəli yarışların, hətta Dünya Kubokunun keçirilməsi üçün kifayət edəcək. Bundan sonrakı irəliləyiş artıq federasiyanın rəhbərliyindən asılıdır".

L.Matis inanır ki, triatlonun ilk Avropa Oyunlarında yer alması bu idman növü üçün yaxşı haldır və bu onun necə inkişafının göstəricisidir.

O, triatlonun nisbətən gənc idman növü olduğunu qeyd edib: "Bu idman növü ilk dəfə Olimpiya Oyunları sırasına 2000-ci ildə keçirilən Sidney olimpiadasında daxil edilib və o vaxtdan bəri Olimpiya idmanı hesab edilir".

Xəbər lenti

Xəbər lenti