...

BP Avropa Oyunlarının sponsorluğu ilə bağlı Londonda keçiriləcək etiraz aksiyasına münasibət bildirib

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 12:29 (UTC +04:00)
Bakı-2015 Azərbaycanın əsas idman hadisəsidir. BP qarşıdan gələn antiazərbaycan etiraz aksiyası ilə əlaqədar Trend-in sorğusunu cavablandırıb.
BP Avropa Oyunlarının sponsorluğu ilə bağlı Londonda keçiriləcək etiraz aksiyasına münasibət bildirib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elmira Tarıverdiyeva/

Bakı-2015 Azərbaycanın əsas idman hadisəsidir. Bunu Trend-in sorğusuna cavab olaraq "BP Azərbaycan"dan bildiriblər.

Qeyd edək ki, iyunun 12-i Londonda BP-nin baş ofisinin qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Aksiyanın təşkilatçısı "Paltform London" tərəfindən aksiyanın keçiriləcəyi zaman və məkan təsadüfi seçilməyib: Həmin gün Bakıda ilk Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Aksiya "Neft Oyunlarına Yox!" şüarı altında təşkil olunan kampaniyanın bir hissəsidir.

Şirkət tərəfindən verilən şərhdə deyilir ki, BP Azərbaycan və Cənub Xəzərin enerji sahəsində aparıcı operatordur: "Şirkət Bakı-Tbilisi-Ceyhan neft xətti kimi neft və qaz sahəsindəki layihələrdə əsas hasilat və kəşfiyyat işlərini həyata keçirir. Öz tərəfdaşları ilə birgə BP 1994-cü ildən etibarən Azərbaycandakı layihələrə 50 milyard dollardan çox vəsait qoyub".

BP-nin bəyanatında qeyd edilir ki, şirkətin Azərbaycan qarşısında uzunmüddətli öhdəlikləri var və bu, Avropa Oyunlarının sponsorluğunda da özünü göstərir: "Biz həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində Azərbaycanı dəstəkləyirik. Azərbaycanda fəaliyyət göstərdiyimiz müddətdə layihələrimiz və əməliyyatlarımız yeni iş yerlərinin yaradılması, gəlirlərin əldə edilməsi, iqtisadi artımın təmin edilməsi üçün imkanların yaradılması, yerli tədarükçülərin inkişafı və yerli icmaların inkişaf potensialı hesabına ölkəyə böyük gəlir gətirib".

Bundan başqa, 2011-ci ildən BP Azərbaycanın Milli Olimpiya və Paraolimpiya Komitəsinin rəsmi tərəfdaşı olmaqla yanaşı, ayrı-ayrı idmançıları da dəstəkləyib. Bəyanatda deyilir ki, bu komanda və idmançıların əksəriyyəti Bakı-2015 yarışlarında iştirak edəcək: "Azərbaycanda keçirilən böyük idman bayramını dəstəkləməkdə haqlıyıq və bundan sonra da Oyunlarda Azərbaycan komandasına dəstəyimizi əksik etməyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti