...

Ukrayna səfirliyi: “Bakıda Rusiya və Ukrayna idmançıları arasında heç bir dava olmayıb”

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 16:00 (UTC +04:00)
Ukrayna səfirliyi Bakıda rusiyalı və ukraynalı idmançılar arasında davanın baş verməsi ilə bağlı bir sıra mətbuat orqanlarında çıxan xəbərləri təkzib edib.
Ukrayna səfirliyi: “Bakıda Rusiya və Ukrayna idmançıları arasında heç bir dava olmayıb”

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Ukrayna səfirliyi Bakıda rusiyalı və ukraynalı idmançılar arasında davanın baş verməsi ilə bağlı bir sıra mətbuat orqanlarında çıxan xəbərləri təkzib edib.

Məlumatda bildirilir ki, səfirlik tərəfindən məsələ araşdırılıb, Bakıda və Olimpiya kəndində rusiyalı və ukraynalı idmançılar arasında davanın baş verməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Azərbaycan DİN-in növbətçi xidmətindən verilən operativ məlumatda isə qeyd olunur ki, mətbuatda yer alan bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edilmə halı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti