...

Güləşçilərimizin Avropa Oyunlarında qazandığı medalların sayı 6-ya çatdı (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 21:45 (UTC +04:00)
Ən ağır güləşçimiz Sabahi Şəriəti Avropa Oyunlarının gümüş medalını qazanıb.
Güləşçilərimizin Avropa Oyunlarında qazandığı medalların sayı 6-ya çatdı (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İlkin İzzət/

Ən ağır güləşçimiz Sabahi Şəriəti Avropa Oyunlarının gümüş medalını qazanıb.

Trend xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən yunan-Roma güləşi yarışlarında ən ağır çəkili pəhləvanların Azərbaycan-Türkiyə finalı baş tutub. 130 kq dərəcəsində qızıl medal uğrunda mübarizədə Azərbaycan pəhləvanı S.Şəriəti və Türkiyə güləşçisi Rza Kayaalpla qarşılaşıb.

Çempionluq görüşündə güləşçimiz qardaş ölkə təmsilçisinə 1:3 hesabı ilə məğlub olaraq Avropa Oyunlarının gümüş medalına sahib olub.

130 kq
1/8 final - Sabahi Şəriəti - Mikola Kuçmiy (Ukrayna) 8:0
1/4 final - Jakobi Kajaya (Gürcüstan) - Sabahi Şəriəti 2:5
1/2 final - İoseb Çuqoşvili (Beloruz) - Sabahi Şəriəti 0:6
FİNAL - Rıza Kayaalp (Türkiyə) - Sabahi Şəriəti 3:1

Qələbədən sonra Türkiyə idmançısı xalçada Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub.

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərimizdən 75 kq çəki dərəcəsində Elvin Mürsəliyev qızıl, 66 kq çəki dərəcəsində Həsən Əliyev Avropa Oyunlarının bürünc medalını qazanıblar. Yarışların ilk günündə isə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti