...

Azərbaycan gimnastları Avropa Oyunlarında yarışların ikinci günündə çıxış ediblər (FOTO-2)

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 15:48 (UTC +04:00)
Azərbaycan gimnastları Bakıda I Avropa Oyunları çərçivəsində yarışların ikinci günündə çıxış ediblər.
Azərbaycan gimnastları Avropa Oyunlarında yarışların ikinci günündə çıxış ediblər (FOTO-2)

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Azərbaycan gimnastları Bakıda I Avropa Oyunları çərçivəsində yarışların ikinci günündə çıxış ediblər.

Trend-in məlumatına görə, kişilər arasında idman gimnastikası üzrə təsnifat mərhələsində Azərbaycanı Oleq Stepko, Eldar Səfərov və Pyotr Paxnyuk təmsil edirlər.

Qadınlar arasında idman gimnastikası üzrə təsnifat mərhələsində isə ölkəmizi Marina Nekrasova, Yuliya İnşina və Kristina Pravdina təmsil edirlər.

Azərbaycan atletləri ölkəni kişi və qadınlar arasında idman gimnastikası üzrə komanda yarışlarında da təmsil edir.

Ümumilikdə qadınlar arasında fərdi hesabda 80 gimnast, kişilər arasında 73 gimnast, komanda yarışlarında isə qadınlar arasında 25 komanda, kişilər arasında 26 komanda iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti