...

Xəzər İsayev: Biz yenə də qızıl medallar gözləyirik

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 14:43 (UTC +04:00)
"Birinci Avropa Oyunlarının ilk günündən idmançılarımız qızıl və gümüş medallar əldə etməyə başladı. Bu gün artıq Azərbaycan idmançılarının yeddi qızıl medalı var. Biz yenə də qızıl medallar gözləyirik. Yəqin ki, biz hamımız bunun şahidi olacağıq".
Xəzər İsayev: Biz yenə də qızıl medallar gözləyirik

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunlarının ilk günündən idmançılarımız qızıl və gümüş medallar əldə etməyə başladı. Bu gün artıq Azərbaycan idmançılarının yeddi qızıl medalı var. Biz yenə də qızıl medallar gözləyirik. Yəqin ki, biz hamımız bunun şahidi olacağıq".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirib.

X.İsayev qeyd edib ki, Azərbaycan Avropa Oyunlarında çox gözəl heyətlə çıxış edir: "Mən proqnoz vermişdim ki, 20-22 medal qazanacağıq, ancaq mən artıq gedişata baxıram ki, bizim 22-dən də artıq medal əldə etmək imkanımız olacaq. Bütün idman federasiyalarına əldə olunan qələbələrə görə minnətdarlığımı bildirirəm və idmançılarımıza uğurlar arzu edirəm. Medallarımızın sayı daha da çox olsun".

X.İsayev əlavə edib ki, Avropa Oyunlarının açılış mərasimi çox yüksək səviyyədə baş tutdu: "Siz bilirsiniz ki, ilk Avropa Oyunlarının açılışı çox möhtəşəm şəkildə keçdi və böyük dövlətlərin prezidentləri bu açılışda iştirak etdi. Bunu Azərbaycan xalqının dostluğu, qardaşlığı, mehribanlığı və xarici dövlətlərin nümayəndələrinə olan münasibətinin rəmzi kimi qiymətləndirmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti