...

Avropa Oyunlarının bağlanış mərasimində tamaşaçılar üçün əlavə seksiyalar ayrılacaq?

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 11:23 (UTC +04:00)
I Avropa Oyunlarının bağlanış mərasiminə görə tamaşaçılar üçün əlavə seksiyaların yaradılması nəzərdə tutulmur.
Avropa Oyunlarının bağlanış mərasimində tamaşaçılar üçün əlavə seksiyalar ayrılacaq?

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

I Avropa Oyunlarının bağlanış mərasiminə görə tamaşaçılar üçün əlavə seksiyaların yaradılması nəzərdə tutulmur. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Bakı Olimpiya Stadionunun 68 min yerlik olduğunu xatırladan nazir qeyd edib ki, stadiondakı bəzi seksiyalar idmancılar, bəziləri yayım şirkəti, bəziləri isə rəsmi şəxsər üçün nəzərdə tutulub.

A.Rəhimov Oyunlara tamaşaçı marağının çox yüksək olduğunu da söyləyib.

Nazir I Avropa Oyunlarının siyasiləşdirilməsinə münasibətim çox neqativ olduğunu da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti