...

Yerli azarkeş: "Bakıda gözəl gimnastika bayramının şahidi oluruq"

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 14:23 (UTC +04:00)
"Bakıda gözəl gimnastika bayramının şahidi oluruq, idmançılarımızın qələbə qazanması və gözəl çıxışları isə bu bayrama xüsusi şənlik qatır".
Yerli azarkeş: "Bakıda gözəl gimnastika bayramının şahidi oluruq"

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Elçin Mehdiyev/

"Bakıda gözəl gimnastika bayramının şahidi oluruq, idmançılarımızın qələbə qazanması və gözəl çıxışları isə bu bayrama xüsusi şənlik qatır". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında yarışları izləməyə gəlmiş gimnastika azarkeşi Sevinc Abbasova deyib.

S.Abbasova bildirib ki, Azərbaycanda keçirilən bütün gimnastika yarışlarına tamaşa etməyə gəlir: "Mənim qızım da gimnastika ilə məşğul olur. Hər dəfə biz böyük maraqla gimnastika yarışlarını izləməyə gəlirik. İdmançılarımızın qələbəsi isə bizi daha da həvəsləndirir. Qızım da bu cür yarışlara qatılmaq və qalib olmağa həvəslənir".

O qeyd edib ki, ölkəmizdə belə böyük yarışların keçirilməsi çox sevindirici haldır: "Bu həm ölkəmizdə idmanı inkişaf etdirir, həm də Azərbaycanı dünyaya tanıdır. Görürsünüz, yarışları izləmək üçün xaricdən nə qədər turistlər gəlib. Hamısı bura gəlib ölkəmizi daha yaxından tanıyırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti