Azərbaycan, Bakı, 17 iyun /Trend/
Bu gün Avropa Oyunlarında qadın voleybolçular arasında növbəti turun oyunları keçirilir.
Trend-in məlumatına görə, Azərbaycan yığması İtaliya komandası ilə qarşılaşıb.
Voleybolçularımız ilk iki setdə qalib gəliblər - 25:22, 25:20. Növbəti setdə isə italyanlar üstün olublar - 22:25. Gərgin keçən 4-cü setdə yığmamız üstün olub - 3:1.
Qeyd edək ki, bundan əvvəl hər iki oyunda qalib gələn millimiz qrup lideridir.