...

İdman gimnastikasında kişilər arasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib (FOTO+VİDEO)

Baku 2015 : EUROGAMES Materials 20 İyun 2015 20:13 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Avropa Oyunları çərçivəsində idman gimnastikasında kişilər arasında paralel qollarda hərəkətlərin yarışmasında qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.
İdman gimnastikasında kişilər arasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bu gün ilk Avropa Oyunları çərçivəsində idman gimnastikasında kişilər arasında paralel qollarda hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov iştirak edib.

Birinci yeri Azərbaycan gimnastı Oleq Stepko qazanıb. O, 15.733 bal toplayıb.

İkinci yeri rusiyalı gimnast David Belyavskiy, üçüncü yeri isə rumıniyalı gimnast Marius Berbekar qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti