...

Bosniyalı idmançı: “I Avropa Oyunları tənqidə layiq deyil”

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 13:27 (UTC +04:00)
Bəzi qərb siyasətçiləri və təşkilatları I Avropa Oyunlarının ünvanına tənqid səsləndirir, bu idman tədbiri tənqidə layiq deyil.
Bosniyalı idmançı: “I Avropa Oyunları tənqidə layiq deyil”

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Bəzi qərb siyasətçiləri və təşkilatları I Avropa Oyunlarının ünvanına tənqid səsləndirir, bu idman tədbiri tənqidə layiq deyil.

Bu barədə Trend-ə I Avropa Oyunları çərçivəsində Bosniya və Herseqovinanı yüngül atletika yarışlarında təmsil edən Stefani Vukayloviç deyib.

O bildirib ki, indi Avropanın da qitə yarışlarının olması çox yaxşı haldır: "Bu, yeni təcrübə və Avropa idmançıları üçün daha bir mübarizədir".

İdmançı I Avropa Oyunlarını çox bəyəndiyini və növbəti Oyunlarda da iştirak etmək istəyini dilə gətirib.

S.Vukayloviç Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Yarış meydanları da daxil olmaqla, hər şey yüksək səviyyədə təşkil olunub".

İdmançı paytaxtımızı çox bəyəndiyini də söyləyib: "Şəhər turumuz oldu. Bakının gözəlliyinə heyran oldum".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti