...

İki cüdoçumuz qızıl medal uğrunda mübarizəni davam etdirir (FOTO)

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 15:17 (UTC +04:00)
Avropa Oyunlarının cüdo yarışlarında 66 kq-dək çəki dərəcəsində çıxış edən təmsilçimiz Nicat Şıxəlizadə 1/8 final mərhələsində İtaliya idmançısı Elio Verde ilə münasibətlərə aydınlıq gətirib.
İki cüdoçumuz qızıl medal uğrunda mübarizəni davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Avropa Oyunlarının cüdo yarışlarında 66 kq-dək çəki dərəcəsində çıxış edən təmsilçimiz Nicat Şıxəlizadə 1/8 final mərhələsində İtaliya idmançısı Elio Verde ilə münasibətlərə aydınlıq gətirib.

Trend-in məlumatına görə, görüşə fəal başlayan cüdoçumuz əvvəlcə rəqibinə bir vazari fəndi tətbiq edib. Daha sonra isə Nicat ippon fəndi ilə vaxtından əvvəl tam qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

N.Şıxəlizadə yarımfinala çıxmaq üçün 1/4 finalda Portuqaliya cüdoçusu Serxiu Oleynikə qalib gəlməlidir.

Qeyd edək ki, bundan əvvəl 60 kq-dək çəkidə mübarizə aparan təmsilçimiz Orxan Səfərov 1/4 finala yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti