...

Qılıncoynadan bacılar Azərbaycana 2 medal qazandırdılar (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 20:29 (UTC +04:00)
Azərbaycan qılıncoynadanı Sevil Bünyadova bu gün I Avropa Oyunlarında sablya ilə fərdi yarışların finalına çıxıb.
Qılıncoynadan bacılar Azərbaycana 2 medal qazandırdılar (ƏLAVƏ OLUNUB)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 19:41-də yayılıb)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan qılıncoynadanı Sevil Bünyadova bu gün I Avropa Oyunlarında sablya ilə fərdi yarışların finalına çıxıb.

Trend-in məlumatına görə, o, yarımfinalda fransalı Marqau Rifkiss üzərində 15:9 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda digər təmsilçimiz Sevinc Bünyadova isə polşalı rəqibi Angelika Vatora məğlub olaraq (11:15) bürünc medalla kifayətlənib.

X X X

Sevil Bünyadova həlledici görüşdə A.Vator ilə qarşılaşıb.

Gərgin keçən görüşdə polşalı qılıncoynadan cüzi üstünlüklə qalib gəlib - 15:14.

Beləliklə, Sevil Bünyadova Azərbaycana Avropa Oyunlarında 13-cü gümüş medalı qazandırıb. Azərbaycan idmançıları ümumilikdə 46 medal əldə ediblər - 15 qızıl, 13 gümüş, 18 bürünc.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti