...

Azərbaycan Avropa Oyunlarında 17-ci qızıl medalını qazandı (ƏLAVƏ OLUNUB) (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 19:29 (UTC +04:00)
Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında yüngülvari çəki (52 kq) dərəcəsində Azərbaycanı təmsil edən Elvin Məmişzadə final görüşünə çıxıb.
Azərbaycan Avropa Oyunlarında 17-ci qızıl medalını qazandı (ƏLAVƏ OLUNUB) (VİDEO)

Digər final görüşünün nəticəsi əlavə olunub (ilk xəbər saat 19:01-də yayılıb)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında yüngülvari çəki (52 kq) dərəcəsində Azərbaycanı təmsil edən Elvin Məmişzadə final görüşünə çıxıb.

Trend-in məlumatına görə, idmançımız finalda italiyalı boksçu Vinçenzo Pikardi ilə qarşılaşıb.

Gərgin keçən həlledici döyüşdə boksçumuz qalib gəlib - 3:0.

Beləliklə, E.Məmişzadə Azərbaycana Avropa Oyunlarında 16-cı qızıl medalı qazandırıb.

X X X

Kişilər arasında birinci yarım-orta çəki (64 kq) dərəcəsində Azərbaycanı təmsil edən Kollazo Sotomayor da bu gün final görüşünü keçirib.

Təmsilçimiz finalda italiyalı boksçu Vinçenzo Manciakarpe ilə üz-üzə gəlib.

Aramsız qarşılıqlı zərbələrlə müşayiət olunan görüşdə boksçumuz daha dəqiq olub - 3:0.

Beləliklə, K.Sotomayor Azərbaycana Avropa Oyunlarında 17-ci qızıl medalı qazandırıb. Azərbaycan idmançıları ümumilikdə 49 medal əldə ediblər - 17 qızıl, 13 gümüş, 19 bürünc.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti