...

Bürünc medalçı Zakir Mislimov: Medal qazandığıma çox sevinirəm

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 22:37 (UTC +04:00)
Yarışdan qabaq zədəliydim və 3 ay idi ki, məşq etmirdim. Bu yarışa mən cəmi ay yarıma hazırlaşdım və Allaha şükür olsun ki, yer tuta bildim.
Bürünc medalçı Zakir Mislimov: Medal qazandığıma çox sevinirəm

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İlkin İzzət/

Yarışdan qabaq zədəliydim və 3 ay idi ki, məşq etmirdim. Bu yarışa mən cəmi ay yarıma hazırlaşdım və Allaha şükür olsun ki, yer tuta bildim.

Bunu Trend-ə bu gün Avropa Oyunlarında gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəki dərəcəsində Azərbaycana bürünc medal qazandırmış paracüdoçumuz Zakir Mislimov deyib.

Z.Mislimov ilk Avropa Oyunlarında medal qazandığına görə çox sevindiyini bildirib: "Bir az həyəcanlıyam. Medal qazandığıma çox sevinirəm. Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Avropa Oyunları öz vətənimizdə keçirilirdi. Əlimizdən gələni etdik və Allaha şükürlər olsun ki, bizə qələbə nəsib elədi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti