...

İspaniya mətbuatı Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer ayırıb

Baku 2015 : EUROGAMES Materials 29 İyun 2015 11:53 (UTC +04:00)
İspaniya mətbuatı da Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer ayırıb.
İspaniya mətbuatı Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer ayırıb

Azərbaycan, Bakı, 29 iyun /Trend/

İspaniya mətbuatı da Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer ayırıb. Trend-in məlumatına görə, bu ölkənin produccion.notitarde.com saytı mərasimdə aktyorların çıxışlarını yüksək qiymətləndirib, incəsənət adamlarının səhnə göstərilərini "çox təsirli" adlandırıb.

Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bağlanış mərasimindəki çıxışına diqqəti yönəldərək onun bu oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib. Sayt Azərbaycanın bu tipli beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü dünyada tanıtmaq istədiyini vurğulayıb: "Son məqsəd Olimpiya Oyunlarına ev sahibliyi hüququnu əldə etməkdir".

Bağlanış mərasimindən gözəl görüntülərin yer aldığı məqalədə paralimpiyaçı İlham Zəkiyevin qələbəsinə də toxunulub və onun qələbəsini Milli Ordu Günü prezident İlham Əliyevə hədiyyə etdiyi xüsusi qeyd olunub.

Məqalədə 2019-cu il Avropa Oyunlarına ev sahibliyi etmək üçün 3 ölkəylə danışıqların aparıldığı haqqında da məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti