...

Ukrayna MOK: Azərbaycan I Avropa Oyunlarını uğurla keçirdi (FOTO)

Baku 2015 : EUROGAMES Materials 30 İyun 2015 17:46 (UTC +04:00)
Kiyevdə Ukrayna Milli Olimpiya Komitəsi (MOK) İdman və Gənclər Nazirliyi ilə birgə, Azərbaycan diasporunun iştirakı ilə Bakı-2015 I Avropa Oyunlarından medalla qayıdan ukraynalı idmançılarla görüş keçirib.
Ukrayna MOK: Azərbaycan I Avropa Oyunlarını uğurla keçirdi (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Kiyevdə Ukrayna Milli Olimpiya Komitəsi (MOK) İdman və Gənclər Nazirliyi ilə birgə, Azərbaycan diasporunun iştirakı ilə Bakı-2015 I Avropa Oyunlarından medalla qayıdan ukraynalı idmançılarla görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Ukrayna MOK prezidenti Sergey Bubka, idman və gənclər naziri İqor Jdanov, idman federasiyalarının rəhbərləri, o cümlədən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev iştirak ediblər.

İdmançılarla görüşdə Ukraynanın ilk Avropa Oyunlarından 8-i qızıl, 14-ü gümüş və 24-ü bürünc olmaqla 46 medalla qayıtdığını deyən S.Bubka bildirib ki, bu onların gözlədiyindən də yaxşı nəticədir: "Biz belə bir möhtəşəm yarışlarda ümumilikdə 50 ölkə arasında 8 yer tutduq. Bu, yüksək göstəricidir. Oyunlar çox möhtəşəm keçdi. Azərbaycan bunu gözlənildiyindən də uğurla keçirdi. Çox xoşdur ki, Ukrayna Avropa idmanının möhtəşəm tarixi hadisəsinin bir parçası oldu, idmançılarımız idman tarixinin yeni səhifəsinin yazılmasında iştirak etdilər. Bu Oyunlar və nəticələri bizim üçün Yay Olimpiya Oyunlarına bərabərdir".

İdman və gənclər naziri İ.Jdanov da Bakı-2015-in Avropa idman tarixində yeni mərhələnin başlanğıcı olduğunu deyərək, bu başlanğıcda Ukraynanın da fəal iştirakını ukraynalı idmançılar üçün güclü stimul adlandırıb. O bildirib ki, Prezident Pyotr Poroşenko qalibləri şəxsən qəbul edəcək.

Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidenti İrina Deryuqina isə Azərbaycanda idmanın çox sürətlə inkişaf etdiyini, xüsusilə, gimnastika növünün sürətlə inkişafından danışaraq Ukraynanın bu sahədə Azərbaycandan bəhrələndiyini bildirib.

Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunlarında medal qazanan ukraynalı idmançılar arasında əslən Azərbaycandan olan, diaspor fəalı Fyodor Xaşalov da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti