...

Müğənni Elnur sevgi burulğanında boğulur

Mədəniyyət Materials 5 Yanvar 2011 16:09 (UTC +04:00)
Tanınmış Azərbaycan bəstəkarı Vaqif Gərayzadənin yaratmış olduğu "Şeron" qrupunun keçmiş solisti, müğənni Elnur Məmmədov 2011-ci ildə ilk albomunu pərəstişkarlarına təqdim edib.
Müğənni Elnur sevgi burulğanında boğulur

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Tanınmış Azərbaycan bəstəkarı Vaqif Gərayzadənin yaratmış olduğu "Şeron" qrupunun keçmiş solisti, müğənni Elnur Məmmədov 2011-ci ildə ilk albomunu pərəstişkarlarına təqdim edib.

Yanvarın ilk günü satışa çıxan musiqi toplusunun adı gənc bəstəkar Cavanşir Babəlioğlunun onun üçün yazdığı "Elə eyni" mahnısının adından götürülüb. Yeni ilin ilk albomu olan kompakt diskdə 2010-cu ildə Elnura uğur gətirən əksər mahnılar yer alıb.

Bəstəkar Babəlioğlu eks-şeronçu üçün daha bir mahnı da yazıb. O, Trend-ə açıqlamasında müğənni ilə işbirliyindən ağızdolusu danışıb.

"Yeni mahnımız "Qəlbim sənindir" adlanır. "Elə eyni" mahnısında olduğu kimi, bu bəstənin də sözləri və musiqisi mənə məxsusdur. Təvazökarlıqdan uzaq olsa da mahnıya artıq yeni hit demək olar. Mahnı 2011-ci ilin ilk albomuna daxil edilib. Dinləyicilər Elnurun satışa çıxan "Elə eyni" diskini almaqla, eləcə də radio dalğalarında mahnıya qulaq asmaqla, sözlərimin həqiqət olduğunu təsdiqləyə bilərlər", - bəstəkar bildirib.

Xəbər lenti

Xəbər lenti