...

Bakı Musiqi Akademiyasının rektoru MDB ölkələrinin konservatoriya rəhbərlərinin qurultayına dəvət olunub

Mədəniyyət Materials 8 Yanvar 2011 13:17 (UTC +04:00)
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli MDB ölkələrinin konservatoriya rektorlarının qurultayına dəvət olunub.
Bakı Musiqi Akademiyasının rektoru MDB ölkələrinin konservatoriya rəhbərlərinin qurultayına dəvət olunub

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Hüseynzadə/

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli MDB ölkələrinin konservatoriya rektorlarının qurultayına dəvət olunub.

Trend-in məlumat verdiyi kimi, qurultay yanvarın 21-22-də Astanada keçiriləcək. Forum MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun xətti ilə keçiriləcək.

Foruma Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rəhbərlik edəcək. Qurultayda MDB ölkələri konservatoriyalarının əməkdaşlıq məsələləri üzrə müxtəlif qərarların qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti