...

Sabahdan Bakıda yeni il yolkaları yığışdırılacaq

Mədəniyyət Materials 12 Yanvar 2011 13:10 (UTC +04:00)
Bakıda yeni il yolkalarının sökülməsinə cümə axşamı səhər başlanacaq. Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Sabahdan Bakıda yeni il yolkaları yığışdırılacaq

Аzərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Z.Əhmədova/

Bakıda yeni il yolkalarının sökülməsinə cümə axşamı səhər başlanacaq. Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentindən məlumat verilib.

"Ənənəyə görə Köhnə Yeni ilin qeyd olunduğu gündə Bakıda yolka ağaclarının söklüməsinə başlanılacaq", - departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib.

Onun sözlərinə görə, paytaxtda yeni il bəzəklərinin sökülməsi yanvarın 15-dək davam edəcək.

Bağırov əlavə edib ki, paytaxtda yolka ağaclarının quraşdırılmasına 2011-ci ilin gəlməsinə bir həftə qalmış başlanılıb.

Xəbər lenti

Xəbər lenti