...

Xalq yazıçısı Çingiz Abdullayev "Pen-Klub"un prezidenti seçilib

Mədəniyyət Materials 18 Yanvar 2011 13:24 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib
Xalq yazıçısı Çingiz Abdullayev "Pen-Klub"un prezidenti seçilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir/

Azərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev "Pen-Klub"un prezidenti seçilib.

AYB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Pen-Klub"un prezidenti Maqsud İbrahimbəyov ərizə ilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və "Pen-Klub"un İdarə Heyətinə müraciət edib. O, yaradıcılıq planlarının çoxluğunu əsas gətirərək "Pen-Klub"un prezidenti vəzifəsindən azad olunmasını istəyib.

Maqsud İbrahimbəyovun xahişi nəzərə alınıb. Uzun illər "Pen-Klub"un vitse-prezidenti vəzifəsini daşıyan Çingiz Abdullayev "Pen-Klub"un prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti