Azərbaycan, Bakı, 18 mart/Trend, müxbir Ş.Cavadsoy/
Türkiyənin meqa ulduzu Tarkan, müğənni Murat Boz və rusiyalı ulduz Dima Bilan bu gün Bakı toylarının birində çıxış edəcəklər. Bu barədə Trend -ə etibarlı mənbə məlumat verib. Tarkan öz musiqiçiləri ilə birlikdə artıq dünəndən Bakıdadır, Dima Bilan və Murat Boz isə bu gün gəliblər.
Paytaxt hotellərinin birində keçiriləcək toyda Azərbaycan müğənniləri də iştirak edəcəklər. Əldə etdiyimiz məlumata görə, məşhur ulduzlar martın 19-da səhər vətənlərinə dönəcəklər. Onların alacağı məbləğ gizli saxlanılır.