...

Türk musiqisinin kraliçası Sibel Can Bakıda toyda iştirak edib (FOTO)

Mədəniyyət Materials 19 Mart 2011 17:06 (UTC +04:00)
Türk musiqisinin kraliçası Sibel Can Bakıda toyda iştirak edib
Türk musiqisinin kraliçası Sibel Can Bakıda toyda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 18 mart/Trend, müxbir Ş.Cavadsoy/

Dünən məlumat verdiyimiz kimi, Türkiyənin meqa ulduzu Tarkan, müğənni Murat Boz və rusiyalı ulduz Dima Bilan Bakı toylarının birində çıxış ediblər. Trend etibarlı mənbəyə istinadən məlumat verir ki, sadalanan bu qonaqlarla yanaşı, türk musiqisinin kraliçası Sibel Can da həmin toyda iştirak edib.

Paytaxt hotellərinin birində keçirilmiş toyda Azərbaycan müğənnilərindən isə xalq artisti alim Qasımov, "Eurovision"da Azərbaycanı təmsil etmiş Aysel Teymurzadə və NEXT qrupu iştirak ediblər. Xarici qonaqlar Bakını tərk etsələr də, onların aldığı qonorar barədə məlumat əldə edə bilmədik.

Xəbər lenti

Xəbər lenti