...

Müğənni Səfura Əlizadə Hollivud ulduzu Natali Portmanın yolunu getməyə hazırdır (FOTO)

Mədəniyyət Materials 6 May 2011 18:12 (UTC +04:00)
Kino-prokatlarda nümayişə çıxdığı gündən bu vaxta qədər milyonlarla dollar qonorar gətirən "Qara ququşu" filmini Azərbaycan tamaşaçıları da böyük maraqla izləyirlər. Balet ifaçısı Nina obrazını canlandırıb sənət fədaisi kimi səhnədə dünyasını dəyişən Holliwood ulduzu Natali Portmanın fədakarlığına biganə qalmaq sadəcə mümkün deyil. Sözlərimizi təsdiqləyən "Eurovision-2010" müsabiqəsində Azərbaycana 5-cilik qazandıran Səfura Əlizadə səhnə haqqında düşüncələrini oxucularımızla ətraflı şəkildə belə bölüşdü
Müğənni Səfura Əlizadə Hollivud ulduzu Natali Portmanın yolunu getməyə hazırdır (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Ş.Cavadsoy/

Kino-prokatlarda nümayişə çıxdığı gündən bu vaxta qədər milyonlarla dollar qonorar gətirən "Qara ququşu" filmini Azərbaycan tamaşaçıları da böyük maraqla izləyirlər. Balet ifaçısı Nina obrazını canlandırıb sənət fədaisi kimi səhnədə dünyasını dəyişən Hollivud ulduzu Natali Portmanın fədakarlığına biganə qalmaq sadəcə mümkün deyil. Sözlərimizi təsdiqləyən "Eurovision-2010" müsabiqəsində Azərbaycana 5-cilik qazandıran Səfura Əlizadə səhnə haqqında düşüncələrini oxucularımızla ətraflı şəkildə belə bölüşdü.

"Baxmayaraq ki, filmlərin süjet xətləri adəti üzrə ssenarist və rejissorların ideya və fantaziyaları üzərində qurulur, çox vaxt hər birimiz filmlərə baxarkən hansısa obrazda özümüzü tapırıq. "Qara ququşu" da məhz o filmlərdəndir ki, hər dəfə ona sevə-sevə baxıram və başa düşürəm ki, sevdiyim aktrisa Natali Portmanın fərqli şəkildə təqdim etdiyi Nina obrazı ilə oxşar cəhətlərim var. Yaşım az olsa da, səhnəyə hədsiz sevgi var qəlbimdə. İstəməzdim ki, kimsə faciəli şəkildə səhnədə dünyasını dəyişsin. Mən isə mahnılar oxumasam, həqiqətən yaşaya bilmərəm", - Səfura dedi.

Avropa müğənnisi olmaqda iddialı görünən Əlizadə qara geyinməsinin səbəblərindən də danışdı. "Bəlkə də filmin təsiri ola bilər. Amma qarderobumda heç də qara rəngli geyimlər üstünlük təşkil etmir. Moda mütəxəssisləri qara dəbi kübar rəng kimi qəbul etdikləri üçün mən də qaranın qaranlığından ehtiyatlanmıram. Əsas odur ki, mənim ürəyim hər zaman müsbət enerji saçmaq niyyəti ilə döyünür və sevənlərimin əhatəsindəyəm", - Səfura Əlizadə əlavə etdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti